DİN-dən qanunsuz silahlarla bağlı əhaliyə MÜRACİƏT

DİN-dən qanunsuz silahlarla bağlı əhaliyə MÜRACİƏT
Yayınlanma tarixi: 12/8/2021 6:15:44 PM

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Daxili işlər orqanları tərəfindən əldə edilən əməliyyat məlumatları əsasında keçirilən tədbirlərlə yalnız bir gündə respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlar tərəfindən qanunsuz saxlanılan 10 ədəd ov tüfəngi götürülüb.

Nazirlikdən İslamazeri.com-a verilən məlumata görə, Astara rayon sakinləri M.Məmmədovdan və S.Əhmədovdan, Beyləqan rayon sakinləri B.Aslanovdan və Ə.Məmişovdan, Qəbələ rayon sakinləri İ.Hacıyevadan və E.Abdullayevdən, Balakən rayon sakinləri R.Şərifovdan və P.Mollayevdən, Ağdam rayon sakini Z.Murtuzayevdən, Hacıqabul rayonunda isə X.Qarayevdən qanunsuz saxladıqları müxtəlif markalı ov tüfəngləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Bütün faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

GÜNÜN MANŞETLERİ

Tramp: İranla razılaşma istənilən an ola bilər
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Tramp: İranla razılaşma istənilən an ola bilər

5/8/2026 2:00:33 PM
Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Dubay və Əbu-Dabiyə uçuşlar dayandırıldı

5/8/2026 1:48:08 PM
İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli nazir qonşu ölkələri də işğal etməklə hədələyib

5/8/2026 1:12:35 PM