DİN valideynlərə çağırış edib

DİN valideynlərə çağırış edib
Yayınlanma tarixi: 2/19/2026 10:20:01 AM

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.

İslamazeri.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir.

Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız qanunla məhdudlaşmır. Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər. Bu isə artıq təkcə ailə problemi deyil ictimai təhlükədir. Müasir dövrdə təhlükə yalnız küçədə deyil. Sosial şəbəkələr, rəqəmsal mühit və mənfi təsir qrupları valideyn diqqətini daha da vacib edir.

 

Qeyd edilib ki, polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma olmaqla yanaşı, vətəndaşlıq borcudur.

Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın. Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.

GÜNÜN MANŞETLERİ

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram
DÜNYA / İSLAM DÜNYASI

Şeyx Naim: Seyid Nəsrullah üçün darıxıram

2/23/2026 8:30:01 PM
Tehrandakı universitetlərdə nə baş verib?
REGİON / İRAN

Tehrandakı universitetlərdə nə baş verib?

2/23/2026 8:00:01 PM
ABŞ Beyrutdakı səfirliyini boşaltdı
DÜNYA / SİYASƏT

ABŞ Beyrutdakı səfirliyini boşaltdı

2/23/2026 6:41:39 PM
Sumqayıtda partlamamış top mərmisi tapılıb
ÖLKƏ / HƏRBİ

Sumqayıtda partlamamış top mərmisi tapılıb

2/23/2026 5:10:26 PM