Dünya mediası: ABŞ və İsrailin İrana qarşı müharibəsi uğursuzluqla nəticələnib

Dünya mediası: ABŞ və İsrailin İrana qarşı müharibəsi uğursuzluqla nəticələnib
Yayınlanma tarixi: 6/26/2026 10:33:58 AM

ABŞ və İsrail rejiminin İrana qarşı başlatdığı hərbi təcavüz fonunda, əməliyyatın qarşıya qoyduğu hədəflərin heç birinə nail olunmayıb.

İslamazeri.com-un xəbərinə görə,  Qərb rəsmi dairələri və aparıcı hərbi-siyasi mediası etiraf edir ki, Vaşinqton və Təl-Əviv bu prosesdə ağır strateji çıxılmaza və həm meydanda, həm də siyasi arenada böyük məğlubiyyətə uğrayıb. Mülki şəxslərin və günahsız məktəblilərin hədəf alınması ilə başlayan bu müharibə sürətlə humanitar, təhlükəsizlik və iqtisadi böhrana çevrilərək dünya mətbuatının əsas müzakirə mövzusuna çevrilib.

Beynəlxalq media nəşrləri müharibənin gedişatını və onun gələcək perspektivlərini fərqli prizmalardan təhlil edir:

Böyük Britaniya və ABŞ Mediası: "Müharibə rəsmi Vaşinqtonu daxildən parçalayır"

  • BBC (Böyük Britaniya): Nəşrin xüsusi hesabatına görə, Ağ Ev ilə Konqres arasında İran müharibəsinin büdcəsi üstündə ciddi qarşıdurma yaranıb. Tramp administrasiyası Konqresin hərbi əməliyyatları pisləyən qətnamə qəbul etməsindən cəstə bir gün sonra 87.6 milyard dollar əlavə büdcə tələb edib. Bu məbləğin 67 milyard dolları birbaşa Müdafiə Nazirliyinə (Pentaqon) yönəldilməlidir. Noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində bu müharibə daxili auditoriyada kəskin narazılıq doğurur. Tramp isə hərbi səlahiyyətləri məhdudlaşdıran qətnaməyə səs verən respublikaçı senatorları "axmaq" və "məğlub" adlandırıb. Hesabatda vurğulanır ki, müharibənin real xərcləri Pentaqonun bəyan etdiyi 29 milyard dollarlıq proqnozdan qat-qat yüksəkdir.

  • Time (ABŞ): Keçirilən son rəy sorğuları ("Reuters/Ipsos" və "CBS/YouGov") Amerika xalqının bu müharibəyə qarşı dərin pessimist yanaşmasını ortaya qoyur. Sorğuda iştirak edənlərin yalnız 24%-i bu müharibənin çəkilən xərclərə dəydiyini düşünür. Respondentlərin 69%-i ABŞ-nin İranın nüvə proqramını dayandıra bilmədiyini, 79%-i isə Tehranın regional gücünü zəiflətməyin qeyri-mümkün olduğunu vurğulayır. Bu uğursuzluq fonunda Trampın reytinqi kəskin şəkildə düşərək 34%-ə geriləyib. Analitiklər qeyd edir ki, ABŞ demək olar ki, bütün strateji bəndlərdə İrana güzəştə getmək məcburiyyətində qalıb.

  • MSNBC (ABŞ): Siyasi şərhçi Entoni L. Fişerin məqaləsində qeyd olunur ki, Donald Tramp başlatdığı müharibədə məğlub olub və indi geri çəkilmək üçün yollar axtarır. Tramp administrasiyasının İranın milli futbol komandasına qarşı tətbiq etdiyi vizasız və təhlükəsizlik təzyiqləri isə ABŞ-nin nə dərəcədə aciz duruma düşdüyünün göstəricisidir. Məqalədə vurğulanır ki, müharibə tamamilə tərs effekt verib: İran daha az sanksiya, daha çox qlobal nüfuz və yüz milyardlarla dollar gəlir əldə edərək prosesdən qalib çıxıb.

Ərəb Dünyası: "Regional güc balansı tamamilə dəyişdi"

  • Arabi 21: Pakistan və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında imzalanan anlaşma memorandumu regionda yeni təhlükəsizlik arxitekturasının əsasını qoyub. Ekspertlər bunu ABŞ və İsrailin İrandakı sistemi devirmək planlarının strateji iflası kimi qiymətləndirirlər. Ən diqqətçəkən məqam isə İsrailin bu danışıqlardan tamamilə kənarda saxlanılmasıdır. Təl-Əviv prosesdən narahatdır, çünki regionda İran, Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının iştirakı ilə yeni strateji ittifaq formalaşır və bu, "Böyük İsrail" layihəsinə son qoyur. Livan cəbhəsində isə atəşkəs şərtləri müqavimət hərəkatının qələbəsi kimi qəbul edilir.

  • Al Jazeera: Kanal Trampın müharibəyə və region ölkələrinə ticari yanaşmasını ifşa edib. Tramp təhlükəsizliyi strateji və ya mənəvi dəyər deyil, satıla bilən bir xidmət hesab edir. O bildirib ki, Fars körfəzi ölkələri ABŞ-nin hərbi çətiri müqabilində öz gəlirlərinin 20%-ni Vaşinqtona ödəməlidir. Bu yanaşma onilliklər ərzində formalaşmış regional müttəfiqlik münasibətlərini kökündən sarsıdır.

  • Al Mayadeen: Nəşr İsrail rejiminin ABŞ-ni öz şəxsi maraqları naminə bu müharibəyə necə sürüklədiyini faktlarla işıqlandırıb. "New York Times" qəzetinin gizli sənədlərə istinadən yaydığı məlumata görə, İsrail baş naziri Benyamin Netanyahu Ağ Evə yalan və saxta kəşfiyyat məlumatları təqdim edərək Trampı manipulyasiya edib. Ağ Evdə keçirilən məxfi görüşlərdə İrandakı sistemi devirmək planları hazırlansa da, nəticə Vaşinqton üçün qlobal nüfuz itkisi ilə bitib.

Rusiya Mediası: "Hürmüz boğazı qlobal girovdur, NATO isə parçalanır"

  • Russia Today (RT): Rusiya mediası mövcud vəziyyəti "Nə müharibə, nə sülh" kimi xarakterizə edir. tərəflər arasında etimad olduqca aşağıdır və Hürmüz boğazı bu münasibətlərin ən həssas barometridir. ABŞ böhranı idarə etmək və neft axınını qorumaq üçün İrana müəyyən güzəştlər təklif etsə də, İsrail faktoru və Livan (Hizbullah) məsələsi dayanıqlı sülhün əldə olunmasını çətinləşdirir. Enerji bazarları hələ də böyük qorxu içindədir.

  • Izvestiya (Rusiya): Qəzet NATO daxilindəki dərin çatlara diqqət çəkir. NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda alyansı daxili parçalanmadan xilas etməyə çalışır. Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı aqressiv hərbi siyasətinin Avropanın enerji təhlükəsizliyini və iqtisadiyyatını məhv edəcəyindən ciddi narahatdırlar. Müharibə NATO daxilində Yaxın Şərq siyasətinə dair yekdil rəyin olmadığını və strukturun zəifliyini bir daha sübut etdi.

GÜNÜN MANŞETLERİ