DYP ara məsafəsinin saxlanılması ilə bağlı sürücülərə müraciət edib

DYP ara məsafəsinin saxlanılması ilə bağlı sürücülərə müraciət edib
Yayınlanma tarixi: 2/24/2026 10:44:29 AM

DYP ara məsafəsinin saxlanılması ilə bağlı sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib.

Bu barədə "İslamazeri.com"a DYP-dən məlumat verilib.

Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.

Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya gözlənilmədən dayandıqda, toqquşmanın qarşısını ala bilsin. Sürət artdıqca ara məsafəsinin də mütənasib şəkildə artırılması zəruridir.

Eyni zamanda, yol şəraitinə uyğun müəyyən edilmiş sürət həddinin aşılması yolverilməzdir. Yüksək sürət zamanı sürücünün reaksiyası və təhlükəni vaxtında qiymətləndirmə imkanı azalır ki, bu da ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

GÜNÜN MANŞETLERİ

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ
DÜNYA / İSLAM DÜNYASI

Ənsarullahdan ABŞ-a XƏBƏRDARLIQ

4/17/2026 12:15:22 PM
Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi
DÜNYA / İSLAM DÜNYASI

Papa XIV Leonun qardaşının evində bomba təhlükəsi

4/17/2026 11:15:01 AM
Azərbaycan neftinin qiyməti BAHALAŞDI
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti BAHALAŞDI

4/17/2026 10:37:50 AM
ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub
DÜNYA / MARAQLI

ABŞ Suriyadakı 10 illik hərbi mövcudluğuna son qoyub

4/17/2026 10:11:49 AM