DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!

DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!
Yayınlanma tarixi: 12/31/2025 12:43:46 PM

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib.

İsamazeri.com xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır:

"Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir".

Qeyd olunub ki, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi cətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi - aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

"Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

Bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!" - məlumatda vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Hacı Şahinin vəfatından 3 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Hacı Şahinin vəfatından 3 il ötür

3/2/2026 9:47:34 AM
Əhmədinejad sağdır
REGİON / İRAN

Əhmədinejad sağdır

3/1/2026 11:48:43 PM
İlahi rəhbərlərin qanı  cihad yolunu əbədiləşdirir - Əl-Husi
DÜNYA / İSLAM DÜNYASI

İlahi rəhbərlərin qanı cihad yolunu əbədiləşdirir - Əl-Husi

3/1/2026 11:00:01 PM
İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail senzurası məlumat sızmasını saxlaya bilmir: İFLİC...

3/1/2026 9:44:01 PM