DYP hava şəraiti ilə bağlı müraciət edib

DYP hava şəraiti ilə bağlı müraciət edib
Yayınlanma tarixi: 10/29/2022 12:26:31 PM

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini, ümumiyyətlə nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən "İslamazeri.com"a bildirilib ki, həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini real vəziyyətə uyğun nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yol çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM