DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib

DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib
Yayınlanma tarixi: 4/27/2026 10:00:48 AM

DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələri ilə bağlı müraciət edib.

İslamazeri.com xəbər verir ki, idarədən verilən məlumata görə, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: "Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır. Xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu nəticəsində yaranır.

Hörmətli piyadalar, bir daha sizə müraciət edirik ki, öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır".

GÜNÜN MANŞETLERİ

Ötən həftə 1593,1 hektar ərazi minalardan təmizlənib
ÖLKƏ / HƏRBİ

Ötən həftə 1593,1 hektar ərazi minalardan təmizlənib

4/27/2026 10:17:58 AM
DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP piyadavurma hadisələri ilə bağlı müraciət edib

4/27/2026 10:00:48 AM