DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib

DYP
Yayınlanma tarixi: 6/10/2026 11:22:32 AM

DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avtomobil icarəsi ilə məşğul olanlara (Rent a Car) müraciət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bildirilib ki, DYP qarşıdan gələn "Son zəng" tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır:

"Bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. "Son zəng" tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər".

DYP-nin məlumatında qeyd olunub ki, belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək:

"Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək".

GÜNÜN MANŞETLERİ

Sabah 33 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 33 dərəcə isti olacaq

6/10/2026 2:29:59 PM
İsrail ordusu Qəzzaya yeni hücum planlarını təsdiqləyib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail ordusu Qəzzaya yeni hücum planlarını təsdiqləyib

6/10/2026 12:00:01 PM
Qalibafdan İran xalqına MESAJ
REGİON / İRAN

Qalibafdan İran xalqına MESAJ

6/10/2026 11:41:42 AM