DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib
Yayınlanma tarixi: 2/20/2026 10:35:01 AM

DYP Hava limanı yolunda tətbiq olunacaq məhdudiyyətlə bağlı sürücülərə müraciət edib.

21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə  Bakı Şəhər DYP İdarəsindən bildirilib.

Qeyd edilbi ki, məhdudiyyət 21 fevral tarixində saat 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metrostansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

"Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər", - müraciətdə vurğulanıb.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzzaya hücumları davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzzaya hücumları davam edir

2/20/2026 12:31:26 PM
Valideyn həmişə haqlıdırmı?
DİN

Valideyn həmişə haqlıdırmı?

2/20/2026 10:54:01 AM
DYP sürücülərə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP sürücülərə müraciət edib

2/20/2026 10:35:01 AM