DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir

DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir
Yayınlanma tarixi: 12.05.2023 11:26:30

DYP yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir.

“Nərdivançı” sosial müəllim layihəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.

Bu barədə "İslamazeri.com"a İdarədən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi təhsil alanlara yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqların müasir metodlarla aşılanmasına və bu sahədə təhsil verənlərin layihə çərçivəsində ərsəyə gələcək videomateriallardan tədris vəsaiti kimi istifadə etmələrinə nail olmaqdır.

Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır.

Müsabiqə ilə bağlı ətraflı məlumat "Nərdivançı" layihəsinin feysbuk səhifəsində verilib.

GÜNÜN MANŞETLERİ