Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib

Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib
Yayınlanma tarixi: 1/16/2026 4:12:18 PM

Yanvarın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 18 170 vətəndaş müraciəti daxil olub.

İslamazeri.com xəbər verir ki, barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Müraciətlərin 675-i elektron, 875-i yazılı qaydada, 2 128-i sosial media, 12 455-i isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 037 müraciət qeydə alınıb.

Qeyd olunub ki, müraciətlər eksternat imtahanı, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

GÜNÜN MANŞETLERİ