Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib

Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib
Yayınlanma tarixi: 3/1/2023 2:39:05 PM

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktor təyin edilib.

İslamazeri.com xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Lətif Zeyniyev Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə M.Nağıyev adına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında “Uşaq cərrahiyyəsi” ixtisası üzrə internatura keçib. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında əyani aspirantura təhsili alıb.

2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasında assistent kimi çalışıb. 2010-cu ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Tibb üzrə fəlsəfə doktoru” alimlik dərəcəsini alıb.

2014-2023-cü illərdə Almaniyanın Hannover, Düsseldorf və Ştutqart şəhərlərində uşaq cərrahı olaraq assistent - həkim, mütəxəssis - həkim, baş mütəxəssis - həkim, idarəedici baş mütəxəssis - həkim vəzifələrində fəaliyyət göstərib.

GÜNÜN MANŞETLERİ

Livanda ölənlərin sayı 2534-ə çatıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livanda ölənlərin sayı 2534-ə çatıb

4/29/2026 10:00:56 AM
İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO
DÜNYA / İSLAM DÜNYASI

İmam Hüseyn (ə) zərihi gül-çiçəklə bəzədildi - FOTO

4/28/2026 5:13:30 PM
İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM