Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır

Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır
Yayınlanma tarixi: 1/28/2026 5:24:52 PM

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində real irəliləyişin əldə olunması üçün sərhədlərin tam açılması və rəsmi diplomatik əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.

İslamazeri.com xəbər verir ki, bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, normallaşma prosesi çərçivəsində Gümrü–Qars dəmir yolunun bərpası da gündəmdədir. Mirzoyan bildirib ki, Türkiyəli həmkarları ilə davamlı və konstruktiv danışıqlar aparılır və müzakirə mövzuları kifayət qədər genişdir.

O qeyd edib ki, tərəflər dəfələrlə Ermənistan–Türkiyə dialoqunun əsas məqsədinin əvvəlcə diplomatik münasibətlərin qurulması, daha sonra isə sərhədlərin tam açılması və əməkdaşlığın genişləndirilməsi olduğunu təsdiqləyiblər.

Mirzoyan əlavə edib ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində artıq müəyyən addımlar atılıb. Xüsusilə, Gümrü–Qars dəmir yolunun bərpası iki ölkə arasında ticarət əlaqələrinin formalaşmasına zəmin yarada bilər.

Nazirin fikrincə, əsas sual razılaşmanın məzmunu deyil, onun icra müddətidir. O, yaxın günlər və həftələr ərzində əvvəlcə sərhədin qismən, daha sonra isə tam açılacağına ümid etdiyini bildirib.

GÜNÜN MANŞETLERİ

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Netanyahunun yeni Qəzza planı: Türkiyə əsgərləri olmayacaq!

1/28/2026 6:07:14 PM
Amerikalı konqresmenlər Gürcüstana gəlir
REGİON / GÜRCÜSTAN

Amerikalı konqresmenlər Gürcüstana gəlir

1/28/2026 5:33:21 PM
Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır
REGİON / ERMƏNİSTAN

Ermənistan: Türkiyə ilə sərhədlər açılmalıdır

1/28/2026 5:24:52 PM
Kumeyl duası
DİN

Kumeyl duası

1/28/2026 12:23:01 PM