Ermənistan və Fransa strateji tərəfdaşlıq sənədi imzalayacaq.
Ermənistan və Fransa may ayının əvvəlində strateji tərəfdaşlıq sənədi imzalamağı planlaşdırır.
İslamazeri.com xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan bildirib.
Onun sözlərinə görə, sənəd Fransa Prezidenti Emmanuel Makronun Ermənistana dövlət səfəri zamanı imzalanacaq.
Kostanyan qeyd edib ki, tərəflərin əməkdaşlığı dərinləşdirmək üçün geniş gündəliyi var və bu səfər çərçivəsində strateji tərəfdaşlıq sənədi, eləcə də hərbi-texniki sahə də daxil olmaqla bir sıra digər sahələrdə əməkdaşlıq müqavilələri imzalanacaq.
Qeyd edək ki, Makron mayın 4-5-də Ermənistanda olacaq.