Fətullahçı terrorçuların çevriliş cəhdindən 10 il keçir

Fətullahçı terrorçuların çevriliş cəhdindən 10 il keçir
Yayınlanma tarixi: 7/15/2026 11:03:09 AM

Türkiyənin müasir tarixin daxili təhlükəsizlik və dövlətçilik baxımından ən böyük sınaqlarından biri şübhəsiz ki, 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi idi

İslamazeri.com xəbər verir ki, illər boyu dini hərəkat pərdəsi altında dövlət orqanlarına sızan, xüsusilə Türk Silahlı Qüvvələrində (TSK) möhkəmlənən FETÖ (Fətullahçı Terror Təşkilatı) dövlətin rəhbərliyini ələ keçirmək üçün son və ən qanlı addımını atdı.

Bu şəbəkənin dövlətə qarşı ilk açıq hücumları iyulun 15-i ilə məhdudlaşmırdı; bundan əvvəl də Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərliyinə qarşı əməliyyat cəhdləri, 17-25 dekabr prosesi və Suriyaya gedən MİT yük maşınlarının qanunsuz şəkildə saxlanılması kimi təxribat xarakterli hadisələr təşkilatın real simasını artıq üzə çıxarmışdı.

 

Hadisələrin xronologiyası: Planlaşdırmadan ifşaya qədər

2015-ci il parlament seçkilərindən sonra hökumətin Yüksək Hərbi Şuranın qərarları vasitəsilə ordudakı FETÖ üzvlərini təmizləməyə hazırlaşdığını anlayan təşkilat rəhbərliyi çevriliş ssenarisini sürətləndirdi. Hadisələr bu ardıcıllıqla baş verdi:

  

Gizli nesaj və hazırlıqlar
19 Mart 2016

İstintaq materiallarına əsasən, təşkilatın rəhbəri Fətullah Gülən etdiyi çıxışda üzvlərinə gizli şifrələrlə dolu ismarış ötürdü. Sonrakı aylarda Ankarada keçirilən gizli toplantılarda çevrilişin son planı və detalları təsdiqləndi.

 
Planın dəyişdirilməsi və ilk hücumlar
15 İyul 2016 (Axşam)

Əslində çevriliş iyulun 16-sı saat 03:00-a planlaşdırılmışdı. Lakin planın dövlət tərəfindən ifşa olunacağı qorxusu qiyamçıları əməliyyatı iyulun 15-i axşam saatlarına keçirməyə məcbur etdi. Ankara və İstanbulda tanklar küçələrə çıxdı, Baş Qərargah rəisi Hulusi Akar girov götürüldü.

 
Xalqın Müqaviməti və çevrilişin yatırılması
16 İyul 2016 (Səhər)

Prezident Rəcəb Tayyib Ərdoğanın televiziya vasitəsilə xalqa meydanlara çıxmaq çağırışından sonra minlərlə vətəndaş küçələrə axışdı. Polis və qiyamçılara qoşulmayan vətənpərvər hərbçilərin birgə müqaviməti ilə iyulun 16-sı səhər saatlarında Boğaziçi körpüsündəki hərbçilər təslim oldu, general Hulusi Akar azad edildi.

 
Təşkilat rəhbərinin ölümü
20 Oktyabr 2024

Çevriliş cəhdinin baş təşkilatçısı hesab edilən və 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatında sığınacaq tapan Fətullah Gülən müalicə aldığı xəstəxanada vəfat etdi. Onun ölümü ABŞ Dövlət Departamenti tərəfindən rəsmən təsdiqləndi.

 

15 İyulun ağır statistikası

Həmin gecə dövlət binaları, o cümlədən Türkiyə Böyük Millət Məclisi (TBMM) və Prezident Kompleksi qiyamçıların idarə etdiyi hərbi təyyarələrlə bombardman edildi. Dinc əhaliyə qarşı amansız güc tətbiq olundu. Hadisələrin miqyası rəsmi rəqəmlərdə öz əksini tapıb:

Göstərici Sayı / Detallar
Həyatını itirənlər (Şəhidlər) 251 nəfər
Yaralananlar (Qazilər) 2 000-dən çox insan
Qiyamda iştirak edən hərbçi sayı Təxminən 9 000 nəfər
İstifadə olunan hərbi təyyarələr 35 ədəd
İstifadə olunan helikopterlər 37 ədəd
Zirehli texnika və tanklar 74-ü tank olmaqla ümumilikdə 246 zirehli texnika

Milli iradənin qələbəsi: 15 iyul gecəsi göstərdi ki, xalqın iradəsi qarşısında heç bir hərbi güc tab gətirə bilməz. Çevriliş cəhdinin dərhal ardınca Türkiyədə genişmiqyaslı təmizləmə və istintaq prosesləri başladıldı, FETÖ rəsmən terror təşkilatı elan edilərək dövlət aparatından tamamilə təmizləndi.

GÜNÜN MANŞETLERİ

Pezeşkiyandan Trampa CAVAB
REGİON / İRAN

Pezeşkiyandan Trampa CAVAB

7/15/2026 11:01:51 AM
Duanın qəbul olması üçün 10 qayda
DİN

Duanın qəbul olması üçün 10 qayda

7/15/2026 11:00:01 AM
Ayətullah Xameneinin böyük oğlu: Qisas alınacaq!
REGİON / İRAN

Ayətullah Xameneinin böyük oğlu: Qisas alınacaq!

7/15/2026 10:12:00 AM