FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı keçirilib

FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı keçirilib
Yayınlanma tarixi: 18.03.2023 13:49:33

Bu barədə FHN-dən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında keçirilən bayram tədbiri Nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında saxlanılan torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.

Bildirilib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir və işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti vardır.

Tədbir konsert proqramı ilə davam etdirilib.

GÜNÜN MANŞETLERİ

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var
DÜNYA / İSLAM DÜNYASI

Əfqanıstanda partlayış: Ölən və yaralananlar var

27.03.2023 17:41:35
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub

27.03.2023 17:22:33
DSX-nin zabiti vəfat edib
ÖLKƏ / HƏRBİ

DSX-nin zabiti vəfat edib

27.03.2023 16:41:18