FHN-in təyyarə ilə yola saldığı yardım Türkiyəyə çatıb

FHN-in təyyarə ilə yola saldığı yardım Türkiyəyə çatıb
Yayınlanma tarixi: 2/11/2023 11:08:31 AM

Bu barədə FHN-dən bildirilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, FHN-in təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb.

FHN-dən "İslamazeri.com"a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib.

240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM