FHN müşahidə olunan hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

FHN müşahidə olunan hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Yayınlanma tarixi: 12/28/2025 10:57:14 AM

Fövqəladə Hallar Nazirliyi (FHN) hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur.

Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən vətəndaşlara şaxtalı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməmək, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmaq tövsiyə edilib. Hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur.

Eyni zamanda, soyuq hava şəraiti had istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

GÜNÜN MANŞETLERİ

Nəyə görə dua etməliyik?
DİN

Nəyə görə dua etməliyik?

3/2/2026 10:48:50 AM
İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin 6 agentini məhv edib

3/2/2026 10:10:01 AM
Hacı Şahinin vəfatından 3 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Hacı Şahinin vəfatından 3 il ötür

3/2/2026 9:47:34 AM