FHN: Ötən gün 22 yanğına çıxış olub

FHN: Ötən gün 22 yanğına çıxış olub
Yayınlanma tarixi: 12/3/2022 11:05:26 AM

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"İslamazeri.com"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, yanğın zamanı 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

GÜNÜN MANŞETLERİ

ABŞ İkinci iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ İkinci iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:10:19 AM
Ramazan ayının 24-cü gününün duası
DİN

Ramazan ayının 24-cü gününün duası

3/14/2026 12:04:58 AM