FHN: Ötən həftə 37 nəfər xilas edilib

FHN: Ötən həftə 37 nəfər xilas edilib
Yayınlanma tarixi: 2/2/2026 10:01:31 AM

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İslamazeri.com xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 231 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 37 nəfər xilas edilib, 8 nəfər xəsarət alıb, 17 nəfər təxliyə olunub, hadisələr zamanı 8 nəfər həyatını itirib.

GÜNÜN MANŞETLERİ

İran ordusu Küveytdəki ABŞ bazalarını vurdu
REGİON / İRAN

İran ordusu Küveytdəki ABŞ bazalarını vurdu

7/23/2026 1:24:10 PM
Sədəqə verməyin savabı
DİN

Sədəqə verməyin savabı

7/23/2026 12:41:09 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

7/23/2026 12:30:01 PM
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

7/23/2026 11:26:59 AM
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
İQTİSADİYYAT

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

7/23/2026 11:08:03 AM