FHN: Ötən sutka 23 yanğına çıxış olub

FHN: Ötən sutka 23 yanğına çıxış olub
Yayınlanma tarixi: 11/2/2022 10:23:11 AM

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 23 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib, Yevlax rayonunun Malbinəsi kəndində “ВАЗ” və “Nissan” markalı iki minik avtomobilinin toqquşması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Evini kirayə verənlərə ŞAD XƏBƏR!
ÖLKƏ / SİYASƏT

Evini kirayə verənlərə ŞAD XƏBƏR!

1/1/2026 9:20:01 AM
Haram qidanın təsiri
DİN

Haram qidanın təsiri

12/31/2025 1:21:04 PM
DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!
ÖLKƏ / MÜNASİBƏT

DYP-dən sürücülərə ÇAĞIRIŞ: Bu qaydalara ciddi əməl edin!

12/31/2025 12:43:46 PM