FHN: Ötən sutka 40 yanğına çıxış olub, 4 nəfər xilas edilib

FHN: Ötən sutka 40 yanğına çıxış olub, 4 nəfər xilas edilib
Yayınlanma tarixi: 10/13/2022 10:50:10 AM

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 40 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Siyəzən rayonunun Yenikənd kəndində “Shacman” və “DAF” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Qalibaf: İran xalqı təslim olmayacaq
REGİON / İRAN

Qalibaf: İran xalqı təslim olmayacaq

5/7/2026 2:33:08 PM
Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
ÖLKƏ / MÜXTƏLİF

Sabah bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK

5/7/2026 1:30:01 PM