FHN: Ötən sutka 5 nəfər xilas edilib

FHN: Ötən sutka 5 nəfər xilas edilib
Yayınlanma tarixi: 3/8/2023 11:12:20 AM

Bu barədə FHN-dən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

İslamazeri.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 68 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Şamaxı rayonunun Muğanlı kəndində "Mercedes" markalı sərnişin avtobusu və "Mack" markalı yük avtomobilinin toqquşması nəticəsində müxtəlif xəsarətlərlə avtobusda sıxılmış vəziyyətdə qalan 1 nəfər xilas edilib. 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailə məxsus 20 zirehli texnikadan ibarət karvan Suriyaya daxil olub

4/28/2026 4:50:02 PM
Bakıda güclü külək səbəbindən 34 ağac aşıb
ÖLKƏ / HADİSƏ

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

4/28/2026 3:27:37 PM
İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda mülki yaşayış məntəqələrini dağıdır

4/28/2026 3:00:01 PM