FHN: Ötən sutka 9 nəfər xilas edilib

FHN: Ötən sutka 9 nəfər xilas edilib
Yayınlanma tarixi: 3/16/2023 10:40:58 AM

Bu barədə FHN-dən bildirilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 62 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 2-si azyaşlı olmaqla 9 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Qeyb dövründə bu duanı oxuyun!
DİN

Qeyb dövründə bu duanı oxuyun!

12/30/2025 11:24:13 AM
Bu gün bu iki rayonda işıq olmayacaq
ÖLKƏ

Bu gün bu iki rayonda işıq olmayacaq

12/30/2025 10:09:18 AM
Müsəlmana yardım etməyin savabı
DİN

Müsəlmana yardım etməyin savabı

12/29/2025 4:47:57 PM