FHN: Ötən sutka 98 yanğına çıxış olub

FHN: Ötən sutka 98 yanğına çıxış olub
Yayınlanma tarixi: 3/15/2023 10:53:38 AM

Bu barədə FHN-dən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "İslamazeri.com"a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 98 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.

GÜNÜN MANŞETLERİ

Qeyb dövründə bu duanı oxuyun!
DİN

Qeyb dövründə bu duanı oxuyun!

12/30/2025 11:24:13 AM
Bu gün bu iki rayonda işıq olmayacaq
ÖLKƏ

Bu gün bu iki rayonda işıq olmayacaq

12/30/2025 10:09:18 AM