FHN Siyəzəndə baş verən yol qəzası ilə bağlı məlumat yayıb

FHN Siyəzəndə baş verən yol qəzası ilə bağlı məlumat yayıb
Yayınlanma tarixi: 2/17/2023 10:06:31 AM

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Beşdam kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

İslamazeri.com FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “Opel” markalı minik avtomobili toqquşub, 8 nəfər avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 6 nəfər sağ, digər 2 nəfərin meyiti zədələnmiş avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM
İlham Əliyev Müctəba Xameneini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Müctəba Xameneini təbrik edib

3/9/2026 5:00:01 PM