FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib

FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib
Yayınlanma tarixi: 10/21/2022 2:21:45 PM

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Sumqayıt şəhərində yerləşən “Kimyaçı” mədəniyyət sarayında “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı şəxsi heyətin yanğınlarla mübarizə üzrə praktiki vərdişlərinin və peşə bacarıqlarının daha da yaxşılaşdırılması, bölmələr arasında qarşılıqlı və əlaqəli fəaliyyətin təkmilləşdirilməsi olub.

Təlimə Sumqayıt şəhər Yanğından Mühafizə qarnizonunun müvafiq qüvvələri cəlb olunub.

Təlim zamanı yüksək saylı çağışla “hadisə yerinə” operativ çatan yanğından mühafizə qüvvələri tərəfindən mədəniyyət sarayının tamaşa zalında “köməksiz vəziyyətdə qalan” şərti tamaşaçılar və işçi personal xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla “xilas edilib” və zalda baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

GÜNÜN MANŞETLERİ

İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM
Azərbaycanda pensiya alanların sayı açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda pensiya alanların sayı açıqlanıb

3/16/2026 3:12:05 PM
Sabah hava necə olacaq? - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah hava necə olacaq? - PROQNOZ

3/16/2026 2:10:01 PM
ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ-İsrail Həşdi-Şabini hədəfə aldı: Ölən və yaralananlar var

3/16/2026 1:30:03 PM