Filippində “Milli Hicab Günü” qanunu qəbul edilib

Filippində “Milli Hicab Günü” qanunu qəbul edilib
Yayınlanma tarixi: 21.11.2022 13:01:09

Filippin Nümayəndələr Palatası hər il fevralın 1-ni "Milli Hicab Günü" elan edib. Həmçinin Filippin Milli Müsəlman Komissiyasını hicabın təbliği və maarifləndirilməsi üzrə əsas orqan təyin edib.

İslamazeri.com xəbər verir ki, Filippin Nümayəndələr Palatası bu müsəlman ənənəsinə diqqəti artırmaq üçün hər il fevralın 1-ni "Milli Hicab Günü" elan edən qətnamə qəbul edib.

274 lehinə səslə parlamentarilər Nümayəndələr Palatasının 5693 saylı qanun layihəsini və ya "Milli Hicab Günü" ilə bağlı qanun layihəsini təsdiqləyiblər.

Bu qanun layihəsinin izahatında deyilir: "Ayrı-seçkilik və üstünlük olmadan dini ayinlərin icrasına və dini etiqad azadlığından istifadə etməyə əbədi icazə verilir".

Bu qanun layihəsinə əsasən, hicablı insanların hüquqlarını və müsəlmanların hicab taxmaq ənənəsini vurğulamaq üçün Milli Hicab Günü fevralın birinci günü keçirilməlidir. Müsəlman və qeyri-müsəlman qadınları bu gündə hicab taxmağa təşviq etmək lazımdır.

Ümumdünya Hicab Günü hər il fevralın 1-də 276 ölkədə qeyd olunur. Bu gün, 11 sentyabr hadisəsindən sonra İslamofobik reaksiyadan sonra müsəlman amerikalı qadın Nəzmə Xanın təşəbbüsü ilə təklif edilib. “Ümumdünya Hicab Günü”ndə müxtəlif dinlərdən olan qeyri-müsəlman qadınlar bir gününü hicabla keçirir və hicab təcrübələrini bəyan edirlər.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub
ÖLKƏ / SƏHİYYƏ

Azərbaycanda daha 48 nəfər COVID-19-a yoluxub

1.12.2022 18:00:13
BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb
DÜNYA / İSLAM DÜNYASI

BMT Əfqanıstandakı humanitar vəziyyətlə bağlı bəyanat yayıb

1.12.2022 14:04:59
Müqəddəs Ərdəbilinin yuxusu
DİN

Müqəddəs Ərdəbilinin yuxusu

1.12.2022 13:26:44
İŞİD terror təşkilatının lideri məhv edilib
DÜNYA / İSLAM DÜNYASI

İŞİD terror təşkilatının lideri məhv edilib

1.12.2022 12:56:02