Kərbəla səhralarında yaşılllaşdırma işləri - FOTO

Yayınlanma tarixi: 5.05.2023 14:52:25

Kərbəla səhraları yaşıllaşdırılır.

Həzrət Əbəlfəzl Abbas (ə) Türbəsinə bağlı Cənub Yaşıl Kəmər Layihəsi çərçivəsində 27 kilometr uzunluğunda yaşıl oazislərin tikintisi işləri davam edir.

İslamazeri.com xəbər verir ki, bu barədə açılış mərasimi keçiriləcək layihəyə cavabdeh olan hüquq eksperti Nasir Hüseyn Mutab məlumat verib.

O, bildirib:
"Layihə çərçivəsində 22 oazis tikiləcək. Bu vahələrin hər biri Əhli-beyt (ə) mənsublarından birinin adı ilə adlandırılacaqdır. İndiyədək onlardan dördü açılaraq hörmətli xalqımıza və onların ailələrinə ayrılıb. Son vahələr tamamlanana qədər işlər tam sürətlə davam etdiriləcək.

Oazisin qurulması prosesi çox fundamental prosesdir. Dərinlikdə və ya səthdə quyu qazmaqla suyun verilməsi, elektrik enerjisinin verilməsi, bitkilərin əkilməsi, meyvələrin mühafizəsi bu prinsiplərdəndir".
Qeyd edək ki, bu vahələr Kərbəlanın şimal-şərqindən cənub-qərbə qədər 27 kilometr məsafədə uzanır və 1 milyon 620 min kvadratmetr ərazini əhatə edir.
 
 
İcma Tərəfindən Doğrulanmış ikonası
 
 
 
 
 

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55