Fransa - Azərbaycan oyununun vaxtı bəlli olub

Fransa - Azərbaycan oyununun vaxtı bəlli olub
Yayınlanma tarixi: 2/7/2023 12:52:05 PM

Fransa - Azərbaycan oyununun vaxtı bəlli olub.

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

Federasiyadan "İslamazeri.com"a verilən məlumata görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.

22 mart.

20:00. Fransa – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

23 mart

23:00. Bosniya və Herseqovina – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

25 mart.

20:00. Azərbaycan – Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM