Fransa hökuməti gözünü itirən gəncə təzminat ödəyəcək

Fransa hökuməti gözünü itirən gəncə təzminat ödəyəcək
Yayınlanma tarixi: 3/30/2023 5:03:57 PM

Fransa hökuməti polisin sərt müdaxiləsi nəticəsində bir gözünü itirən gəncə təzminat ödəyəcək.

Fransa məhkəməsi polisin müdaxiləsi nəticəsində sağ gözünü itirən gəncə 15 min avro təzminat ödənilməsinə qərar verib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransa mətbuat orqanlarının yaydığı məlumata əsasən, Paris Ədliyyə Məhkəməsi Mantes-la-Coli şəhərində  2019-cu ildə Fransa polisinin rezin güllə ilə müdaxiləsi nəticəsində sağ gözünü itirən 23 yaşlı Amadou N. adlı gəncin işi ilə bağlı qərarı açıqlayıb. 
Məhkəmə Fransa dövlətinin Amadu N-ə 15 min avro təzminat ödəməsinə qərar verib.
2019-cu ildə Mantes-la-Colidə baş verən şiddət olayları zamanı evinə qayıdan Amadou N polisin sərt müdaxiləsi nəticəsində sağ gözünü itirib. 
Polisə qarşı pusquda iştirak etdiyi üçün 6 ay 3 il həbs cəzasına məhkum edilən Amadou N 2020-ci ildə azadlığa buraxılıb.

GÜNÜN MANŞETLERİ

Vladimir Putin İlham Əliyevə zəng edib
ÖLKƏ / SİYASƏT

Vladimir Putin İlham Əliyevə zəng edib

7/28/2026 1:00:30 PM
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

7/28/2026 12:26:36 PM
İmam Məhdi (ə) yeni din gətirəcək?
DİN

İmam Məhdi (ə) yeni din gətirəcək?

7/28/2026 11:20:01 AM
Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
ÖLKƏ / MÜXTƏLİF

Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək

7/28/2026 10:47:59 AM