General Qaani İsrailə Livanla bağlı xəbərdarlıq edib.
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri briqada generalı İsmayıl Qaani sionist İsrailə Livanla bağlı xəbərdarlıq mesajı yayıb.
Sosial media vasitəsilə sionistlərə mesaj göndərən briqada generalı Qaani bildirib: “Sizinlə birlikdə dayanıb döyüşənlər Aşura və İmam Hüseyn ruhuna inanan və Yezidi ruhuna qarşı müqavimət göstərənlərdir. Onlar ruhlarında bu ölməz inancı daşıyırlar: “Hər gün Aşura, hər yer Kərbəladır”.
Siz sionistlər bütün Livanı tərk etməlisiniz; çünki bu torpaq işğalçılar üçün oyun meydançası deyil, müqavimət meydanıdır.
Əgər sionistlər bu gün öz iradələri ilə geri çəkilməsələr, sabah qaçılmaz olaraq rüsvayçılıq və məğlubiyyət içində qaçmağa məcbur olacaqlar.
Şəhid Seyid Həsən Nəsrullahın 2000-ci ildə Bent Cübeyldə verdiyi tarixi vəsiyyəti heç vaxt unutmayın; bu vəd hələ də qüvvədədir və şübhəsiz ki, eyni səhnə bir daha təkrarlanacaq”.