Göygöldə 10 şagird zəhərlənib

Göygöldə 10 şagird zəhərlənib
Yayınlanma tarixi: 2/17/2026 1:47:22 PM

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparır.

Bu barədə "İslamazeri.com"a Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunub.

Şagirdlərə ilkin tibbi yardım göstərilib, "dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit" diaqnozu qoyulub. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı AQTA tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub.

GÜNÜN MANŞETLERİ

Sədəqə verməyin savabı
DİN

Sədəqə verməyin savabı

7/23/2026 12:41:09 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

7/23/2026 12:30:01 PM
Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

7/23/2026 11:26:59 AM