Ğulat kimlərə deyilir / Ğuluv nədir?

Ğulat kimlərə deyilir / Ğuluv nədir?
Yayınlanma tarixi: 26.05.2023 11:59:09

Ğuluv odur ki, Həzrət Peyğəmbər (s) və ya Məsum İmamlar (ə) rübubiyyət məqamında göstərilsin.

Ğuluv – tarixi mövzulardandır ki, başqa firqələr onunla bağlı həmişə Əhli-beyt (ə) məktəbini ittiham etmişdilər. Ğuluv odur ki, Həzrət Peyğəmbər (s) və ya Məsum İmamlar (ə) rübubiyyət məqamında göstərilsin.

Həzrət Peyğəmbər (s) buyurur: “Məni olduğumdan yüksəyə qaldırmayın. Çünki Allah Təala məni peyğəmbər seçməzdən əvvəl bəndə kimi seçmişdir”. Bu hədisdən aydın görmək olur ki, Peyğəmbərin (s) zamanında da ona rübubiyyət məqamını nisbət verirmişlər.

Əmirəl-möminin (ə) bununla bağlı buyurur: “Allahım! Mən ğuluv edənlərdən, İsa ibni Məryəmin (ə) xristianlardan uzaq olduğu kimi uzağam. Allahım! Onları daima xar et və onlardan heç kəsə yardım etmə”

İmam Əli (ə) buyurur: “Heç bir zaman bizim barəmizdə ğuluv etməyin. Deyin: “Biz Allah tərəfindən tərbiyə olunmuşlarıq””.

İmam Rza (ə) buyurur: “Hər kəs Peyğəmbər (s) üçün rübubiyyət və ya İmamlardan birinə görə rübubiyyət və ya peyğəmbərlik və ya İmam olmayanlar üçün imamət məqamını iddia edərsə, biz ondan dünya və axirətdə bezarıq”.

İmam Zaman ağa (ə.f) buyurur: “Allah Təala təsvir edilənlərdən də daha yüksəkdir. Pak və münəzzədir. Sitayiş olunandır. Biz nə Onun elmində şərikik və nə də qüdrətində”.

Əmirəl-möminin (ə) buyurur: “Məbada xristianlar kimi ğuluv edəsiniz. Həqiqətən mən, ğuluv edənlərdən bezaram”.

İmam Rza (ə) İmam Əliyə (ə) qarşı edilən ğuluv haqqında eşidən zaman bütün bədəni titrəyir və tər bütün bədənini basır. Buyurur: “Allah Təala pak və münəzzədir. Zalımların və küfredənlərin dediklərindən uca məqamlıdır. Məgər belə deyildimi ki, Əli (ə) yemək yeyənlərlə yemək yeyərdi, su içənlərlə içərdi? O, başqa insanlar kimi insan idi”.

Ona görə də Əhli-Beyti (ə) sevən hər kəs, bu sevgi ilə ğuluv arasındakı sərhədi qorumalıdır. Məbada bu sərhədi keçib günaha və şirkə batsın.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55