Gürcüstanda İsrail vətəndaşı narkotik maddə qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.
İslamazeri.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Tbilisi Beynəlxalq Aeroportunda 1999-cu il təvəllüdlü İsrail vətəndaşı M.M.-ni saxlayıblar.
Baqajın yoxlanılması zamanı maddi sübut kimi səkkiz həb və həb qırıntısı şəklində “amfetamin” narkotik vasitəsi aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 262-ci maddələri üzrə istintaq aparılır. Həmin maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.