Gürcüstan 50 ən yaxşı ölkə sırasındadır

Gürcüstan 50 ən yaxşı ölkə sırasındadır
Yayınlanma tarixi: 4/16/2024 2:40:20 PM

Pozitiv Sülh İndeksinə əsasən Gürcüstan 50 ən yaxşı ölkə sırasındadır.

İslamazeri.com xəbər verir ki, Pozitiv Sülh İndeksinə əsasən Gürcüstan 50 ən yaxşı ölkə sırasındadır.

Müvafiq hesabatı “İqtisadiyyat və Sülh İnstitutu” (IEP) beynəlxalq analitik mərkəzi dərc edib.

“Pozitiv Sülh 2024” hesabatına əsasən, əvvəlki tədqiqat ilə müqayisədə Gürcüstan öz mövqeyini altı pillə yaxşılaşdıraraq 49-cu yerə yüksəlib və pozitiv sülhün yüksək səviyyəli statusuna nail olub.

Pozitiv Sülh İndeksi sosial aspektlərin konstruktiv aspektləri əsasında tərtib edilir. Onu tərtib edərkən aşağıdakı amillər nəzərə alınır – hökumətin yaxşı işləməsi, korrupsiyanın aşağı səviyyəsi, sağlam biznes mühiti, resursların ədalətli bölgüsü, başqalarının hüquqlarının qəbulu, məlumat azadlığı, insan kapitalının yüksək səviyyəsi və qonşu ölkələrlə yaxşı münasibətlər.

Dünya Pozitiv Sülh İndeksi reytinqində Gürcüstan bütün qonşu dövlətləri qabaqlayır, postsovet ölkələri arasında isə Baltikyanı ölkələrdən sonra dördüncü yerdədir.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM