Gürcüstan DİN 80 kq heroini Avropaya keçirən şəxsi saxladı - VİDEO

Gürcüstan DİN 80 kq heroini Avropaya keçirən şəxsi saxladı - VİDEO
Yayınlanma tarixi: 25.05.2023 12:05:16

Cinayət 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbslə cəzalandırıla bilər.

İslamazeri.com xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Maliyyə Nazirliyinin əməkdaşları birgə həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü İran vətəndaşı B.T.-ni  qeyri-qanuni idxalda, habelə narkotik vasitələrin Gürcüstanda xüsusilə böyük miqyasda əldə edilməsi və saxlanması ittihamı ilə saxlayıblar.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olmaqla, Ermənistan və Gürcüstan vasitəsilə İrandan Avropaya külli miqdarda narkotik vasitə keçirmək niyyətində olub. O, bunu Gürcüstanın dəniz limanlarından biri vasitəsilə həyata keçirməyə cəhd edib, həmin vaxt saxlanılıb”, - Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər.

Cinayət 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük həbslə cəzalandırıla bilər.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55