Gürcüstanda Xanım Zəhranın (s.ə) mövlud tədbiri - FOTO

Gürcüstanda Xanım Zəhranın (s.ə) mövlud tədbiri - FOTO
Yayınlanma tarixi: 15.01.2023 11:57:28

Gürcüstanda Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü münasibətilə tədbir keçirilib.

İslamazeri.com xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Hacı Ramin İgidov öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, Marneulidə yerləşən "Əhlibeyt" cəmiyyətinin tədbir salonunda Peyğəmərimizin (s) əziz qızı hər iki dünya xanımı Həzrət Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə mərasim təşkil olunub.
Marneulinin rayon və kəndlərindən müsəlman xanımlar iştirakı ilə keçirilən tədbiri Gürcüstan Müsəlman Qadınlar İcmasınız üzvü (GMQİ) Sevinc Namazova təbrik və giriş sözü ilə açıq elan etdikdən sonra sözü Qurani-Kərimdən ayələr tilavət etmək üçün Hafizə Hüseynovaya verib. Sonra GMQİ-nin digər üzvləri olan Şahnaz Həsənova, Ayşən Nəbiyeva və Fatimə Süleymanova xanımlar xanımı Hz. Fatimeyi Zəhranın (s.ə) həyatı, fəzilət və məqamı, ailə və qadınlara örnək olacaq həyat tərzi haqda ətraflı danışıblar. Xanımın bir çox ibrətdolu kəlamlarını xatırladıblar.
Mənəvi bayram əhval ruhiyyəsi ilə keçirilən tədbirdə Gürcüstanlı məddah Səid Həsən xanımın haqqında ilahilər ifa edib. Nəhayət mərasim dua oxumaqla sona çatıb.

GÜNÜN MANŞETLERİ