Gürcüstanın Müdafiə naziri NATO toplantısına qatılacaq

Gürcüstanın Müdafiə naziri NATO toplantısına qatılacaq
Yayınlanma tarixi: 12.10.2022 14:41:13

Gürcüstanın Müdafiə naziri, Cuanşer Burçuladze Belçika Krallığının paytaxtı Brüsseldə səfərdədir.

İslamazeri.com 1tv-yə istinadən xəbər verir ki,Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, 12-13 oktyabrda NATO-nun mənzil-qərargahında alyansa üzv və partnyor ölkələrin Müdafiə nazirlərinin görüşləri keçiriləcək.

Proqram başlamamışdan əvvəl Gürcüstan Müdafiə naziri NATO-nun baş katibi, Yens Stoltenberqlə görüş keçirib.

Cuanşer Burçuladze həmçinin ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ukraynanın Rammştayn formatında təmas qrupunun görüşündə iştirak edəcək. Görüşdə Ukraynadakı mövcud vəziyyət, ölkənin ehtiyac və imkanları, eləcə də gələcək perspektivlər və NATO-ya üzv və qeyri-üzv ölkələrin Ukraynaya yardım imkanları müzakirə olunacaq.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Cuanşer Burçuladze NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauerlə də görüşəcək. Tərəflər təhlükəsizlik problemləri, Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi, NATO ilə uyğunluğun gücləndirilməsi və NATO-Gürcüstan praktiki əməkdaşlığının dərinləşdirilməsini müzakirə edəcəklər.

Müdafiə naziri NATO baş katibinin kəşfiyyat və təhlükəsizlik sahəsində köməkçisi, Devid Katler ilə də görüşəcək.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55