Hacı Şahin Həsənli Tbilisidə yad olunub - FOTOLAR

Hacı Şahin Həsənli Tbilisidə yad olunub - FOTOLAR
Yayınlanma tarixi: 3.03.2023 19:36:42

Tbilisidə Hacı Şahinin anım mərasimi keçirilib.

Gürcüstan paytaxtında Hacı Şahin Həsənli anıldı.
İslamazeri.com xəbər verir ki, bu gün Tbilisi Poniçala (Soğanlıq) Əhli-beyt(ə) məscidində Cümə namazında mərhum Hacı Şahin Həsənli yad olunub.
Namaz öncəsi Quran qarisi Vidadi Qurbanov ayələr tilavət edərək, mərhum Şahin Həsənlinin ruhuna hədiyyə edib. Axund Rahid Kərimov Şəbaniyyə munacatından danışaraq, duanın bəzi hissələrini şərh edib. Söhbətin davamında Hacı Şahin Həsənlinin qəfil ölümü bizlər üçün böyük ibrət olduğunu qeyd edib. Hacının cəmiyyət üçün necə önəmli şəxsiyyət olduğunu deyib. Allahdan ailəsinə və yaxınlarına səbr diləyib. Məclisin davamında Gürcüstan müsəlmanlar idarəsinin şeyxi Ramin İgidov Şahin Həsənlinin şəxsiyyətindən, onun imanından, və gözəl natiqliyindən söhbət açıb. O mərhum Şahin Həsənlinin Azərbaycan cəmiyyəti üçün böyük sərmayə olduğunu vurğulayıb. Namaz sonrası mərhumun adına ehsan süfrəsi verilib.

FOTOLARA KEÇİD

GÜNÜN MANŞETLERİ

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi
REGİON / GÜRCÜSTAN

Qaribaşvili Ərdoğana təbrik mesajı göndərdi

29.05.2023 13:56:47
Rəisidən Ərdoğana təbrik mesajı
REGİON / İRAN

Rəisidən Ərdoğana təbrik mesajı

29.05.2023 13:36:09