Hərbi hissələrin komanda-qərargah təlimləri keçirilir

Hərbi hissələrin komanda-qərargah təlimləri keçirilir
Yayınlanma tarixi: 11/16/2022 5:46:10 PM

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin qərargah zabitlərinin iştirakı ilə kompüter dəstəkli komanda-qərargah təlimləri keçirilir.

MN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimlərdə bölmələrin qarşılıqlı fəaliyyəti və qərargahların vahid idarəetmə orqanı kimi uzlaşması yoxlanılır, qəbul edilmiş qərarlara dair tapşırıqlar kompüter üzərində icra edilərək qiymətləndirilir.
Vətən müharibəsi, "Qisas" əməliyyatı, eləcə də Azərbaycan Ordusunun həyata keçirdiyi digər uğurlu əməliyyatlar zamanı qazanılan təcrübədən təlimlərdə geniş istifadə olunur.
Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd komandirlərin və qərargah zabitlərinin döyüş əməliyyatları planlarının hazırlanması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə yanaşı, onların çevik qərar qəbuletmə bacarıqlarını, eləcə də döyüşü idarəetmə qabiliyyətini artırmaqdan ibarətdir.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM