Həyətyanı sahələrdə qanunsuz kömür quyuları aşkar olunub

Həyətyanı sahələrdə qanunsuz kömür quyuları aşkar olunub
Yayınlanma tarixi: 2/16/2023 5:27:18 PM

Həyətyanı sahələrdə qanunsuz kömür quyuları aşkar olunub.

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

İslamazeri.com xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Qax rayon Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib.

Xidmət rəsmisi qeyd edib ki, kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur:

“Buna görə də qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, ictimaiyyəti isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda ETSN-in “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırırıq”.

GÜNÜN MANŞETLERİ

Oman sultanı Müctəba Xameneini təbrik edib
DÜNYA / İSLAM DÜNYASI

Oman sultanı Müctəba Xameneini təbrik edib

3/9/2026 11:00:01 PM
Ayətullah Müctəba Xamenei kimdir?
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei kimdir?

3/9/2026 11:00:01 PM
Netanyahudan 3-4 gündür xəbər yoxdur
DÜNYA / MARAQLI

Netanyahudan 3-4 gündür xəbər yoxdur

3/9/2026 10:58:01 PM
İlham Əliyev Müctəba Xameneini təbrik edib
ÖLKƏ / SİYASƏT

İlham Əliyev Müctəba Xameneini təbrik edib

3/9/2026 5:00:01 PM