Həzrət Abbas (ə) Ziyarətgahına bağlı kolleclər 1-ci oldu - FOTO

Həzrət Abbas (ə) Ziyarətgahına bağlı kolleclər 1-ci oldu - FOTO
Yayınlanma tarixi: 1/24/2026 11:55:43 AM

Əl-Kəfil Universitetinin kollecləri 2025-ci il üçün dövlət və özəl universitetlər arasında yerli reytinq siyahısında birinci yeri tutub.

İslamazeri.com xəbər verir ki, Həzrət Abbas (ə) Ziyarətgahına bağlı Əl-Kəfil Universitetinin kollecləri 2025-ci il üçün dövlət və özəl universitetlər arasında yerli reytinq siyahısında birinci yeri tutub.

Əczaçılıq, sağlamlıq və tibbi texnologiyalar, eləcə də texniki mühəndislik kollecləri İraq Elmi Bölmələrin Reytinqi (IRU) çərçivəsində — Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi tərəfindən institusional və akademik fəaliyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış reytinqdə — dövlət və özəl kolleclər arasında birinci yerə layiq görülüb.

Həmçinin Stomatologiya Kolleci özəl kolleclər arasında birinci, dövlət kollecləri arasında isə üçüncü yeri qazanıb. Bu nailiyyət İraq universitetləri arasında analoji təhsil müəssisələri ilə yüksək rəqabət qabiliyyətini nümayiş etdirir.

 

FOTOLAR

GÜNÜN MANŞETLERİ