Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi

Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi
Yayınlanma tarixi: 6/25/2026 1:13:42 PM

Hizbullah İsraili atəşkəs qəbul etməyə məcbur etdi.

İslamazeri.com xəbər verir ki, regional siyasi və təhlükəsizlik mənbələri Livanda atəşkəsin tətbiqi və İsrail işğalçı qüvvələrinin Cənubi Livandan çıxarılması ilə bağlı danışıqların "daha geniş" razılaşma çərçivəsində davam etdiyini bildirib.

"Əl-Mayadeen"ə danışan mənbə bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahu sonda mövcud anlaşma memorandumuna əsasən atəşkəsi qəbul etməkdən başqa "çarəsi" qalmayacaq.

Mənbə əlavə edib ki, İsrailin sərt açıqlamaları növbəti mərhələyə hazırlıqların bir hissəsidir.

Eyni mənbə İsrail rəsmilərinin son açıqlamalarının İsrail administrasiyasının siyasi və hərbi uğursuzluqlarını və rəhbərliyindəki fikir ayrılıqlarını əks etdirdiyini irəli sürüb.

Mənbəyə görə, Hizbullah mövcud atəşkəs tənliyini yerində tətbiq edib və Cənubi Livandakı işğal tamamilə bitənə qədər əməliyyatlarını davam etdirmək əzmindədir.

Mənbə bildirib ki, İsrail qüvvələrinin Cənubi Livandan çıxarılması üçün cədvəl üzərində iş gedir və təklif hələ də nəzərdən keçirilir.

Geri çəkilmənin atəşkəsin monitorinqi və anlaşma memorandumunun ilkin maddələrinin icrası üçün razılaşdırılmış mexanizmlər çərçivəsində həyata keçiriləcəyi bildirilib.

GÜNÜN MANŞETLERİ

Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

6/25/2026 1:20:55 PM
Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah İsraili atəşkəsi qəbul etməyə məcbur etdi

6/25/2026 1:13:42 PM