Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
Yayınlanma tarixi: 6/12/2026 2:11:24 PM

Hizbullah Livandakı sionist hədəflərinə zərbələr endirib.

İslamazeri.com xəbər verir ki, Hizbullah Livanın cənub və şərqində sionist rejim hədəflərini hədəf alan 17 əməliyyat həyata keçirdiyini açıqlayıb.

Hizbullah hücumların İsrailin atəşkəs pozuntularına və Livanın cənub şəhərlərini hədəf alan hücumlara cavab olaraq həyata keçirildiyini bildirib.

Bəyanatda İsrail əsgərlərinin, hərbi maşınlarının və Livanın cənubundakı Tayr Harfa, əl-Adeyse, Zutar əl-Şərqiyyə, Yahmar əl-Şakif və əl-Kantara şəhərlərindəki komandanlıq mərkəzinin raket, artilleriya atəşi və kamikaze dronları ilə hədəfə alındığı bildirilib.

Bəyanatda İsrail hərbi bölməsinə pusqu qurulduğu, bir neçə hərbi maşın və Merkava tankının məhv edildiyi və düşmən əsgərlərinin yaralandığı bildirilib.

Bəyanatda Livanın şərqindəki Baalbek rayonunun Nahle bölgəsində İsrailin "Heron 1" tipli dronunun raketlə vurulduğu və İklim ət-Tuffahda "Hermes 450" tipli dronunun tutularaq geri çəkilməyə məcbur edildiyi vurğulanıb.

GÜNÜN MANŞETLERİ

Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM