Hizbullah Suriyada məsciddəki terrorın səbəbkarını açıqladı

Hizbullah Suriyada məsciddəki terrorın səbəbkarını açıqladı
Yayınlanma tarixi: 12/28/2025 2:26:41 PM

Suriyanın Hüms şəhərində yerləşən İmam Əli bin Əbu Talib məscidində baş verən bombalı hücum cümə günü, mübarək Rəcəb ayında ibadət edənlərin hədəf alınması səbəbilə geniş ictimai rezonans doğurub.

İslamazeri.com xəbər verir ki, hücumdan sonra Livan İslami Müqaviməti – Hizbullah yaydığı bəyanatla hadisəni kəskin şəkildə pisləyib.

Hizbullah bəyanatda bildirib ki, “Allahın evlərindən birinə uzanan bu cinayətkar əllər müqəddəs dəyərlərə və cəmiyyətlərin müxtəlifliyinə inanmayanların əsl mahiyyətini üzə çıxarır” və hücumu “möminləri hədəf alan alçaq bir cinayət” kimi qiymətləndirib.

Açıqlamada vurğulanıb ki, bu hücum “Amerika–İsrail layihələrinə xidmət edən azğın qrupların nifrət, təfriqə və başqalarını kənarlaşdırma üzərində qurulmuş ritorikası” ilə əlaqəlidir. Hizbullah hadisənin icraçı və təşkilatçılarının müəyyən edilərək ədalət qarşısına çıxarılmasını və onlara ən ağır cəzaların verilməsini tələb edib.

Humsun Vadi əl-Zəhəb məhəlləsində yerləşən məsciddə baş verən partlayış nəticəsində 8 nəfər həyatını itirib, 18-dən çox insan isə yaralanıb.

Hizbullah yayımladığı başsağlığı mesajında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib, Suriya xalqına isə sabitlik, inkişaf və rifah arzuladığını bildirib.

GÜNÜN MANŞETLERİ