Hizbullahdan Livan hökümətin qərarına etiraz

Hizbullahdan Livan hökümətin qərarına etiraz
Yayınlanma tarixi: 3/2/2026 9:22:01 PM

Livan Hizbullahının məclisdəki deputatı Məhəmməd Raadın Salamın açıqlamasına cavabı: İşğala qarşı olanlara qarşı bu acizlik şəraitində “qəhrəmanvari qərarlar” qəbul edilməsini doğru saymırıq

İslamazeri.com "Al Manar"a istinadən xəbər verir ki, "Müqavimətə Sədaqət" Blokunun rəhbəri, deputat Məhəmməd Rəd Livanın Baş naziri Nevaf Salamın hökumətin Baabda sarayında keçirilən fövqəladə iclasından sonra verdiyi açıqlamaya münasibət bildirib.

“Livan hökumətinin milli suverenliyi tapdalayan, torpaqları işğal edən və ölkənin təhlükəsizliyi ilə sabitliyinə davamlı təhdid yaradan vəhşi sionist düşmən qarşısındakı acizliyini anlayırıq. Həmçinin müharibə və sülh barədə qərar vermək hüququnu və bunu həyata keçirməkdə, milli sülhü pozan və Livana qarşı təcavüzkar müharibəsini davam etdirən düşmənə tətbiq etməkdəki çətinliyini də başa düşürük.”, -deyə Məhəmməd Rəd bildirib.

O əlavə edib:

“Lakin bu açıq-aydın acizlik və zəiflik şəraitində cənab Salamın və hökumətinin işğala qarşı çıxan livanlılara qarşı qəhrəmanvari qərarlar qəbul etməsini və onları, bir il dörd ay ərzində sülh öhdəliklərini yerinə yetirməyən və Livana qarşı gündəlik müharibə şəraiti yaradan düşmənin pozduğu sülhü guya pozmaqda ittiham etməsini əsaslı saymırıq. Hökumət nə davam edən hücumları dayandıra, nə də Livanın malik olduğunu iddia etdiyi beynəlxalq dostluqlardan istifadə edərək düşməni müharibəni dayandırmağa məcbur edə bilib.”

Raad davam edib:

“Livanlılar təcavüzün qadağan olunması barədə qərar gözləyirdilər, lakin nəticədə təcavüzə qarşı çıxmağın qadağan edilməsi qərarı ilə üzləşdilər.”

Deputat vurğulayıb ki, Hizbullahın Livan və bölgədə azad və şərəfli insanlara qarşı sionist hücumların davam etməsinə reaksiyası “təslimçilik xəttinə və livanlıları aldatmağa – guya düşmənlə barışıq və onun şərtlərinə boyun əyməyin Livan üçün yeganə təhlükəsizlik və sülh yolu olması iddiasına – qarşı bir etiraz siqnalıdır.”

“Düşmənə sülhü qəbul etdirə bilməyən, eyni zamanda təcavüzə qarşı müqavimət yolunu da seçməyən Livan hökuməti ölkəni əlavə problemlərə sürükləməkdən çəkinməlidir. Bu problemlər onsuz da mövcud olan gərginlik və qızğınlıq mühitini daha da alovlandıra bilər ki, biz hamımız bunun qarşısını almağa çalışmalıyıq.”, - "Müqavimətə Sədaqət" Blokunun rəhbəri, deputat Məhəmməd Rəd bildirib.

GÜNÜN MANŞETLERİ

Hizbullahdan Livan hökümətin qərarına etiraz
DÜNYA / İSLAM DÜNYASI

Hizbullahdan Livan hökümətin qərarına etiraz

3/2/2026 9:22:01 PM
Livan hökümətindən Hizbullaha qadağa qərarı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan hökümətindən Hizbullaha qadağa qərarı

3/2/2026 9:17:35 PM
Müharibənin qalibi kim olacaq?
REDAKTORDAN

Müharibənin qalibi kim olacaq?

3/2/2026 8:08:01 PM