Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) yeni liderinin adı açıqlanıb.
İslamazeri.com xəbər verir ki, bu barədə hərəkatdan məlumat yayılıb.
Xəlil əl-Həyya HƏMAS-ın yeni başçısı elan edilib.
O, bu postda 2024-cü ilin oktyabr ayında İsrail tərəfindən qətlə yetirilmiş Yəhya Sinvarı əvəz edib. Ondan
Qeyd edək ki, əl-Həyya 1960-cı ildə Qəzza sektorunda dünyaya gəlib və hərəkat qurulduğu andan – 1987-ci ildən HƏMAS-ın üzvüdür. 2006-cı ildə Fələstin Dövlətinin parlamentinə seçilib.
Onun ailəsi də İsrailin hücumları zamanı xəsarətlər alıb. İsrail onun 4 övladını, həmçinin gəlini və nəvələrini də qətlə yetirib. Həmçinin onun özü də iki dəfə İsrailin sui-qəsdinə məruz qalıb.
