HƏMAS rəsmiləri 10 ildən sonra Dəməşqə səfər edəcək

HƏMAS rəsmiləri 10 ildən sonra Dəməşqə səfər edəcək
Yayınlanma tarixi: 10/19/2022 11:12:00 AM

İslami Müqavimət Hərəkatının HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyəti bu gün Suriyanın paytaxtı Dəməşqə gedəcək.

İslamazeri.com xəbər verir ki, Həmas sözçüsü Hazim Qasım dünən jurnalistlərə verdiyi açıqlamada, HƏMAS-ın Ərəb və İslam Dünyası Əlaqələri İdarəsinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyətinin Dəməşqə gedəcəyini bildirib.

Sözügedən səfərin bəzi qruplardan ibarət nümayəndə heyətlərinin Dəməşqə səfəri çərçivəsində reallaşacağını bildirən Kasım, Dəməşqdə Suriya səlahiyyətliləri ilə müzakirə olunacaq mövzular barədə məlumat verməyib.

Xatırladaq ki, iyunun 21-də HƏMAS Suriya hökuməti ilə 10 ildir pozulmuş münasibətləri bərpa etmək qərarına gəlib.

Hərəkatın sentyabrın 15-də yaydığı bəyanatda bildirilib: "Həmas Əsəd hökuməti ilə möhkəm əlaqələr qurmağa və inkişaf etdirməyə davam etdiyini təsdiqləyir".

GÜNÜN MANŞETLERİ

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM
İsrailli general: Amerika bataqlığa sürükləndi
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailli general: Amerika bataqlığa sürükləndi

3/14/2026 8:01:39 PM