Əhmədinejad sağdır

Əhmədinejad sağdır
Yayınlanma tarixi: 3/1/2026 11:48:43 PM

İsrailin yaydığı xəbər yalan çıxıb

İslamazeri.com xəbər verir ki,  İranın sabiq prezidenti Mahmud Əhmədinejad Ayətullah Xameneinin şəhid edilməsi münasibətilə başsağlığı verib:

“Bismillahir-Rahmənir-Rahim
“Biz Allaha məxsusuq və şübhəsiz ki, Ona qayıdacağıq.”

Böyük kədər və təəssüf hissi ilə bildirirəm ki, İran İslam Respublikasının Ali Rəhbəri, ailə üzvləri, bəzi rəsmilər, komandirlər və hərbi qulluqçular, tələbələr və bir qrup vətəndaşın ABŞ və İsrail tərəfindən həyata keçirilən ağır və misli görünməmiş hücum nəticəsində şəhid edilməsi xəbəri məni dərindən sarsıtdı. Bu münasibətlə bütün xalqa, yaxınlarına və ailələrinə başsağlığı verirəm.

Bu beynəlxalq hüquqa zidd əməli pislədiyimi bildirir və hücum əməliyyatlarının dərhal dayandırılmasını tələb edirəm. Uca Allahdan şəhidlərə rəhmət və məğfirət, böyük İran xalqına isə birlik, həmrəylik, izzət və sağlamlıq diləyirəm.”

Qeyd edək ki, İsrail tərəfi Əhmədinejadın öldürülməsilə bağlı xəbər yaymışdı.

GÜNÜN MANŞETLERİ

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı
REGİON / İRAN

Ayətullah Müctəba Xamenei: İran xalqı tarix yazdı

4/19/2026 10:00:01 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

4/18/2026 1:19:48 PM